Xronologiya / Genealogiya / Həyat yolu /

7 noyabr 1917-ci il - Tofiq Ələkbər oğlu Quliyev Bakı şəhərində anadan olmuşdur.
1929-cu il - Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakültəsində S. İ. Turiçin sinfində təhsil alır.
1931-ci il - 14 yaşında M. Ə. Sabirin «Uşaq və buz» şerinə «Dərsə gedən bir uşaq» ilk mahnısını bəstələyir.
1934-cü il - Azərbaycan Dövlət Konservatoriyasına daxil olur, eyni zamanda iki fakültədə – professor İ. S. Aysberqin sinfində fortepiano və professor S. Y. Ştrasserin sinfində dirijorluq sənəti üzrə təhsilini davam etdirir.
1934 – 35-ci illər - Bülbülün rəhbərliyi ilə təşkil olunmuş Elmi-Tədqiqat Musiqi Kabinəsində xalq musiqi nümunələrinin toplanılması və notlaşdırılması sahəsində aparılan tədqiqat işlərində fəal iştirak edir
1935-ci il - tanınmış tarzən Mirzə Mansur Mansurovun ifasında «Rast», «Segah-zabul» muğamlarını nota köçürür.
1935-ci il - M. Əzizbəyov adına Azərbaycan Dram Teatrında orkestrin rəhbəri, dirijor vəzifəsində çalışır.
1936-cı il - P. İ. Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakültəsində təhsil almaq üçün yola düşür.
1937 – 39-cu illər - A. N. Tsfasmanın Ümumittifaq caz orkestrində piano ifaçısı kimi fəaliyyət göstərir.
1939-cu il - Moskvada təhsilini dayandıraraq Bakıya dönür və Niyazi ilə birlikdə Azərbaycan Dövlət Estrada orkestrini yaradır.
1939-cu ildən başlayaraq müxtəlif teatrlarla əməkdaşlıq edir, 30-dan çox tamaşaya musiqi bəstələyir.
1941-ci il, iyun - Dövlət Estrada Orkestrinin kollektivi rəhbərilə birgə 402-ci Azərbaycan diviziyasının tərkibinə daxil olaraq, cəbhənin ön xəttində konsert proqramları ilə çıxış edirdi.
7 sentyabr 1941-ci il - Bakı Filarmoniyasında Tofiq Quliyevin rəhbərliyi ilə Dövlət Estrada Orkestrinin çıxışı, milli cazın yaranma tarixi.
1941-ci il - ilk dəfə «Səbuhi» filminə musiqi bəstələyir; bütün yaradıcılığı boyu 40-dan artıq kinofilmin musiqisinin müəllifi olmuşdur.
1944-cü il - məşhur caz ustası Eddi Rozerlə yaradıcılıq əməkdaşlığı edir; caz kompozisiyalarını işləyir.
1946 – 47-ci illər - Rəşid Behbudovla birlikdə həm pianoçu, həm də təkrarsıız mahnıların müəllifi kimi Sovet Birliyinin bir çox şəhərlərində çıxış edir.
1948–1951-ci il – Moskva Konservatoriyasının III kursuna daxil olur və dirijorluq fənni üzrə professor Qinzburqun, kompozisiya üzrə isə professor N. Qolubevin sinfində yarımçıq qalmış təhsilini davam etdirir.
1951–1954-cü illər - Moskva Konservatoriyasını müvəffəqiyyətlə bitirən Tofiq Quliyev professor A. Qaukun sinfində dirijorluq üzrə aspiranturaya daxil olur. Moskva Dövlət Filarmoniyasının orkestri ilə çıxış edərək Qlazunov, Mendelson, Çaykovski, Qara Qarayevin əsərlərinə dirijorluq edir.
1954 – 58-ci illər - Azərbaycan Dövlət Konservatoriyasında orkestr sinfinə rəhbərlik edir, opera hazırlığı və alətşünaslıq sinifləri üzrə pedaqoji fəaliyyətlə məşğul olur.
1958 – 1959-cu illər - M. Maqomayev adına Dövlət Filarmoniyasının bədii rəhbəri olur.
1958-ci il - Tofiq Quliyev Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülür.

1961-ci il - M. Maqomayev adına Dövlət Filarmoniyasının direktoru vəzifəsini icra edir.
1959-cu il - Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunur və Azərbaycan Ali Sovetinin deputatı seçilir.
1964-cü il - Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan Xalq artisti fəxri adına layiq görülür.
1966-cı il - Çexoslovakiyada keçirilən Azərbaycan incəsənəti günlərinin iştirakçısı olur. Bu səfərdə yazılmış «Praqa haqqında mahnı», «Bratislava haqqında mahnı» Çexoslovakiyada nəşr olunur.
1968-ci il - Tofiq Quliyev Azərbaycan Bəstəkarlar İttifaqının katibi seçilir.
1973-cü il - Tofiq Quliyev Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi seçilir.
1974-cü il - «Nəsimi» filmi (rej: Həsən Seyidbəyli) VII Ümumittifaq kinofestivalında mükafatlandırılır, filmin bəstəkarı Tofiq Quliyev Dövlət mükafatına layiq görülür.
1976 - 1977-ci illər - Brüsseldə, Vyanada, Varşavada keçirilən tədbirlərdə Azərbaycan incəsənt ustalarının nümayəndə heyətinin rəhbəri Tofiq Quliyev olmuşdur.
1990-cı il - Tofiq Quliyev Bəstəkarlar İttifaqının VII qurultayında ittifaqın sədri seçilir və ömrünün sonuna kimi bu vəzifədə çalışır.
1998-ci il - Tofiq Quliyev «İstiqlal ordeni» ilə təltif olunur.
4 oktyabr 2000-ci il - Tofiq Quliyev dünyasını dəyişir.
2003-ci il 7 oktyabr tarixində Azəbaycan Respublikasının Prezidenti İlham Əliyev «T. Ə. Quliyevin xatirəsinin əbədiləşdirilməsi» haqqında sərəncam vermişdir.


© MUSIGI DUNYASI, 2008
 
LAYİHƏNİN İŞTİRAKÇİLARI